Rusiyada bitum müəssisəsində partlayış olub, ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Penza şəhərində bitum istehsalı müəssisəsində
partlayış olub.

Trend-in
məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub, daha 7
nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki,
hadisə bitumun çəndən avtomobil sisterninə yüklənməsi zamanı baş
verib.


İlkin məlumatlara əsasən, partlayışa təhlükəsizlik qaydalarının
pozulması səbəb olub.