Rusiyada bir gündə koronavirusdan 365 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,6 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 672 nəfər virusa yoluxub, 365 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 614 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 101 845 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 4 239 038 şəxs virusdan sağalıb, 273 951 nəfərin müalicəsi isə davam edir.