Rusiyada bir gündə iki təyyarə radarlardan itdi

Rusiyada bir gündə iki təyyarə radarlardan itdi

Yakutiyada An-30 təyyarəsi radardan itib.

AzerTimes xəbər verir ki, məlumatı FHN-in yerli idarəsi yayıb.

“Yakutskdan Olenyoka uçan An-30 təyyarəsi radarlardan itib. Təyyarədə 7 adam və 6,3 ton yük var. Mi-8 helikopteri və An-26 təyyarəsi onun axtarışına çıxıb”, – idarədən bildirilib.

Təyyarə Moskva vaxtı ilə saat 11:08-də enməli idi.

Qeyd edək ki, bu, bir gündə Yakutiyada yoxa çıxan ikinci təyyarədir. Çərşənbə axşamı səhər saatlarında Us-Xatinq reysini həyata keçirən An-2 təyyarəsi də radarlardan itib. İlkin məlumatlara görə, bir ton yükü olan təyyarədə üç nəfər olub: iki ekipaj üzvü və bir sərnişin.

Teqlər: