Rusiyanın Perm və Voronej vilayətlərində gecə saatlarında iki neft anbarında yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Perm diyarının Osentsi kəndində özəl neft bazasında baş verən yanğın söndürülüb.
Yanğının səbəbi açıqlanmayıb.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə Anninski rayonundakı neft bazası ərazisinə PUA-nın düşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, boş çəndəki kiçik yanğın tez bir zamanda söndürülüb.
Xəsarət alan olmayıb.