Rusiyada bir azdan atışmalar başlayacaq – Ekspert

Rusiyada bir azdan atışmalar başlayacaq – Ekspert

Hazırda Rusiyada iki silahlı cinayətkar qrup arasında müharibə gedir.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı eksert Boris Tizenhauzen “Vaqner” rəhbəri Yevgeni Priqojinin rus ordusunun polkovnik-leytenantını girov götürməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, tezliklə Rusiyada silahlı atışmalar başlayacaq:

“Priqojin indi Müdafiə Nazirliyinin qırmızı xətlərini yoxlayır. Əvvəlcə o, sadəcə Şoyqu və Gerasimovu ittiham edirdi. İndi isə polkovnik-leytenantı girov götürdü. Sanki Müdafiə Nazirliyinə daxil olub avtomatla hamını çölə çıxarmağa haqqı olduğunu deyir. Düşünün, özəl hərbi şirkət nazirlikdən mərmi tələb edir, naziri ittiham edir, nazirlikdən onların işlərinə mane olanları müəyyən edir. Kreml qüllələri səbəbsiz silkələnmir, bu, qurbağa ilə gürzənin görüşüdür, yanlarında olan hörümçəklər də qəzəblənir”.

Teqlər: