Rusiyada beş nəfər avtomobildə yanaraq öldü

Rusiyada beş nəfər avtomobildə yanaraq öldü

Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, “Opel” markalı minik avtomobili xəndəyə girərək tövləyə çırpılıb. Nəticədə avtomobil yanıb.

Sürücü və 4 sərnişin hadisə yerində ölüb. Qəza zamanı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: