Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi
Kommunikasiyalara Nəzarət üzrə Dövlət Xidməti (Roskomnadzor) ölkə
ərazisində BBC-nin rusdilli xidməti və “Azadlıq” radiosunun
saytlarına girişi məhdudlaşdırıb.
Trend-in
məlumatına görə, BBC Rusiya ərazisində fasilələrlə işləyir.
Daha əvvəl “Meduza” internet nəşrinin Rusiya ərazisində işi
məhdudlaşdırılmışdı. Bundan başqa, “Exo Moskvı” radiosu
fəaliyyətini dayandırdığını elan etmişdi.