Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində bazarın dam örtüyü yanıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Fövqəladə vəziyyət Moskva vaxtı ilə saat 17:05-də qeydə alınıb. Dərhal işçilərin və müştərilərin təxliyəsinə başlanılıb, ilkin məlumata görə, zərərçəkən olmayıb”,- məlumatda deyilir.
Qeyd olunur ki, ümumilikdə 153 nəfər ərazidən çıxarılıb, xəsarət alan olmayıb:
“İlkin olaraq yanğının sahəsi 700 kvadratmetr, sonra isə 7000 kvadratmetr ərazini əhatə edib. Söndürmə işlərinə 40-dan çox canlı qüvvə və 25 texnika cəlb olunub”.