Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə baş idarəsinin mətbuat xidməti yayıb.
Qeyd olunur ki, hadisə yerinə 4 texnika və 15 canlı qüvvədən ibarət yanğınsöndürmə briqadası, həmçinin xilasetmə bölmələri cəlb olunub.
Yanğın qısa müddət ərzində lokallaşdırılıb və 16 dəqiqədən sonra alov tam söndürülüb. Xilasedicilər yanan mənzilə baxış zamanı 1985-ci il təvəllüdlü kişi və 1987-ci il təvəllüdlü qadın cəsədlərini aşkar ediblər.
Hazırda müvafiq qurumlar yanğının səbəblərini araşdırır.