Rusiyada baş verən yanğında biri 11 yaşlı uşaq olmaqla 5 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında üç qadın, bir kişi və 11 yaşlı uşaq ölüb.

Trend xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyini araşdırılmasını ölkənin İstintaq komitəsi həyata keçirəcək.

İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqında məlumat şənbə günü səhər saatlarında daxil olub. İlk yanğınsöndürmə və xilasetmə briqadalarının hadisə yerinə çatdığı zaman alov tamamilə evi bürüyüb. Yanğının geniş ərazisi və qonşu binalara keçmə təhlükəsi səbəbindən əraziyə İrkutskdan əlavə qüvvələr cəlb edilib.

Hadisə zamanı evdə 9 nəfər olub, 5 nəfər binadan çıxa bilib. Onlardan biri, evin sahib xəsarətlər alıb, bir nəfər isə təcili yardım maşınında dünyasını dəyişib.

Yanğın faktıyla bağlı cinayət işi qaldırılıb, müvafiq araşdırmalar davam etdirilir.

Teqlər: