Rusiyada azərbaycanlıların uğursuz pendir əməliyyatı

Rusiyada azərbaycanlıların uğursuz pendir əməliyyatı

“Rosselxodnadzor” Azərbaycan məhsulu adı altında Rusiyaya gətirilən holland pendiri idxalına icazə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

“Rosselxoznadzor”un Moskva və Tula vilayətləri üzrə idarəsi tərəfindən “Terminal Şərq-Qərb” MMC-nin müvəqqəti saxlanc anbarında Azərbaycandan qəbul edilmiş çəkisi 20 010 kq olan pendir partiyasının sərhəd baytarlıq nəzarəti zamanı konteyner və qablaşdırma materialının təkrar emal edildiyi aşkarlanıb. Pendirin üzərində mumun qoruyucu təbəqəsini çıxararkən, başqa bir istehsalçının (ehtimal ki, Niderland) işarəsi tapılıb. Karton qutuların içərisində və pendirin üzərində yaşıl və qara rəngli kif əmələgəlmələri var, soyuducunun daxilindəki temperatur isə +5,4°C-dir ki, bu da malların keyfiyyətsizliyini və daşınmazdan əvvəl orqanoleptik dəyişikliklərin olmasını göstərir.

Yüklərin hərəkəti Azərbaycan və Niderlandın baytarlıq xidmətlərindən bu faktlarla bağlı aydınlıq gətirilənə qədər dayandırılıb”, – məlumatda qeyd olunub.

Teqlər: