Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyada azərbaycanlı qətlə yetirildi

İyulun 22-də Rusiyanın Sankt-Peterburq şəhərində yaralı azərbaycanlı ölümə tərk edilib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında Novoselova küçəsində yerləşən 8 saylı poliklinikanın yaxınlığında omba nahiyəsində bıçaq xəsarəti olan kişi aşkar edilib.

Ərazidə quraşdırılmış müşahidə kameralarının qeydlərinə görə, “Qazel” markalı avtomobil tibb müəssisəsinə yaxınlaşıb, yaralı sərnişin özü oturacağı tərk edərək yıxılıb. Sürücü isə əvvəlcə tibb müəssisəsinə daxil olub və dostuna kömək etməyi xahiş edib, sonra ərazini tərk edib.

Sürücü tezliklə tapılıb və onun 52 yaşlı kişi olduğu ortaya çıxıb. Zərərçəkmiş, 50 yaşlı Azərbaycan vətəndaşı iki saat keçməmiş poliklinikada dünyasını dəyişib.

Yerli polis faktla bağlı araşdırmalara başlayıb.

Teqlər: