Rusiyada azərbaycanlı iş adamı öldürüldü

Rusiyada azərbaycanlı iş adamı öldürüldü

Moskva yaxınlığındakı Reutovoda atıcılıq poliqonunda 41 yaşlı azərbaycanlı iş adamı öldürülüb.

AzerTimes APA-ya istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, azərbaycanlı Emin Quliyev atıcılıq poliqonunda 17 yaşlıq oğulluğu tərəfindən ehtiyatsızlıqdan sinəsindən karabinlə güllələnərək öldürülüb.

Quliyev hadisə zamanı məktəbli oğulluğunun şəklini telefonu ilə çəkirmiş.

Faktla bağlı Tir (atıcılıq poliqonu) inzibatçısı 51 yaşlı Mixail Aborin saxlanılıb.

Məlum olub ki, ötən gecə 43 yaşlı iş adamı Emin Quliyev 17 yaşlı oğulluğu Dənizlə birlikdə Reutov şəhərinin Pobeda küçəsində yerləşən “Streletski” atıcılıq və idman mərkəzinə gəlib.

“Tiqr” karabinini götürüb atıcılıq məşqlərinin keçirildiyi otağa girən Emin özü atış edib və daha sonra karabini Dənizə verib.

O, oğulluğunun şəklini telefonu ilə çəkmək üçün qabağa çıxıb. Bu zaman ögey atasını görməyən Dəniz atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Eminin sinəsindən vurub. Kişi yerindəcə dünyasını dəyişib.

Tirin administratoru Mixail Aborin Eminə çəkiliş otağını təqdim etsə də, ona və oğulluğuna heç bir göstəriş verilməyib.

İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib.

Aborin saxlanılıb.

Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi Moskva vilayətinin İstintaq Komitəsinin nəzarətindədir.

Teqlər: