Avqustun birinci yarısında Rusiyada 13 avtomobil markasının qiymətləri bahalaşıb.
AzerTimes xəbər verir ki, bu barədə “Avtostat” məlumat yayıb.
Məlumata görə, qiymətlərin qalxmasına səbəb tullantıların yığılmasının artması və rublun zəifləməsi olub.
Ən böyük bahalaşma “Moskviç”də olub. Bu markanın hər iki modelinin qiyməti 10 faizdən çox artaraq 228-392 min rubl bahalaşıb.
Çinin “Changan” markasının 10 modelində də bahalaşma olub. Bu markanın modellərinin qiyməti müvafiq olaraq 3.4-8.2 faiz bahalaşıb.
Bundan başqa, ötən həftədən JAC modeli də 100 min rubl bahalaşıb. “Chery” qiyməti 60 min, “Omoda” 40-60 min rubl qaldırıb.