Rusiyanın Xabarovsk vilayətində avtobus qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Malmıjskoye mis yatağının operatoru olan “Amur Minerals” şirkətinin işçilərini daşıyan avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 22 nəfər yaralanıb.