Rusiyada ardıcıl təyyarə qəzaları: Nə baş verir?

Rusiyada ardıcıl təyyarə qəzaları: Nə baş verir?

Son günlər Rusiyada təyyarə qəzalarının artması diqqət çəkir. Üstəlik, sərt enişlərin sayının çoxalması da təəccüblə qarşılanır.

Məsələn, hələ başa çatmayan bu həftə ərzində Rusiyada 4 təyyarə qəzası baş verib. İyunun 18-də Tver vilayətində yüngül mühərrikli Zlin-142 təyyarəsi qəzaya uğrayıb, iyunun 21-də Yakutiyada An-30 və An-2 təyyarələri radarlardan itib – sonradan An-30-un meşə massivinə qəza enişi etdiyi bildirilsə də, An-2-dən hələ də xəbər yoxdur; bu gün isə Ryazan vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan partlayış nəticəsində qəzaya uğrayıb.

Bir çoxları son aylarda tez-tez baş verən təyyarə qəzalarına səbəb kimi sanksiyalar səbəbindən ehtiyat hissələrinin çatışmazlığını göstərir. Çünki Rusiyaya irimiqyaslı sanksiya tətbiqindən sonra “Aeroflot” şirkəti nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.

İqtisadçı ekspert Natiq Cəfərli AzerTimes-a açıqlamasında Rusiyada tez-tez baş verən qəzalara sanksiyaların səbəb olmadığını deyib:

“Qəzaya uğrayan təyyarələr Rusiyanın öz istehsalıdır. Onlar nə “Boinq”, nə də “Airbus”dur. Hələ ki, ölkədə xarici istehsal olan təyyarələrin detallarına görə qəzaya uğraması halı baş verməyib. Mətbuatda bu kimi məsələlər qarışdırılır. Qəzaların səbəbləri isə müxtəlif ola bilər” .

Teqlər: