Qalmaqallı rusiyalı jurnalist Alyona Jiqalova müharibənin ilk günlərində ailəsi ilə birlikdə İsrailə köçən Alla Puqaçovanı yenidən gündəmə gətirib.
AzerTimes xəbər verir ki, əvvəlcə jurnalist “Alyona, lənətə gəlsin” verilişində Puqaçovanın getməsi ilə Rusiyanın “yetim qaldığını”, lakin sonradan onun əvəzini tapdığını bildirib.
“Mən Filipə baxdım və başa düşdüm ki, biz yetim deyilik. Budur, bizim yeni Alla Puqaçova. Filipp Kirkorovla tanış olun”, – o bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Dumasının deputatı Anatoli Vasserman Alla Puqaçovaya qarşı linçə qoşulub. O, rusları Puqaçovaya əhəmiyyət verməməyə çağırıb.