Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada “Premium-95” (Ai-95) markalı benzinin qiyməti birjalarda tarixi rekordu yeniləyib.

AzerTimes-ın məlumatına görə, benzinin qiyməti bu gün 0,6 faiz artaraq, bir ton üçün 60 min rublu (824 dollar) ötüb.

Sonuncu dəfə Aİ-95 60 min rubl həddini iyulun 22-də keçmişdi. Qeyd olunur ki, bu markanın qiyməti sentyabrın 15-dən bahalaşmağa başlayıb. Bu müddət ərzində qiymət 3,2 faiz artıb


Eyni zamanda, Rusiya birjalarında Ai-92 markalı qiyməti də 0,2 faiz bahalaşaraq 56 min rublu keçib.

Teqlər: