Rusiyada ağır yol qəzası baş verib, 10 nəfər öldü

Rusiya Federasiyasının Samara vilayətində avtobus və yük maşınının iştirakı ilə baş verən qəzada 10 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsinin İstintaq İdarəsindən bildiriblər.

Bildirilib ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.


Məlumata əsasən, qəzanın səbəbi avtobusun yük maşınını ötmək cəhdi ola bilər.

Hadisə yerində yanğın və xilasetmə bölmələri qəzaya düşmüş sərnişinlərə kömək edir.