Rusiyanın Novqorod vilayətində M-11 magistral yolunda 50-dən çox yük və minik avtomobilinin iştirakı ilə ağır qəza baş verib.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qəza nəticəsində 4 nəfər ölüb, 10-u isə yaralanıb.
Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyi və Fəlakət Təbabəti Mərkəzinin helikopterləri göndərilib.
Bildirilir ki, hadisə yerində ümumilikdə 45 mütəxəssis və 15 texnika işləyir.