Rusiyanın “Orenburq-2” hərbi aerodromunda Tu-134 hərbi-nəqliyyat təyyarəsi yanıb.
AzerTimes xəbər verir ki, məlumatı Ukrayna Baş Kəşfiyyat İdarəsi təsdiqləyib.
“2024-cü il oktyabrın 12-dən 13-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin 117-ci hərbi-nəqliyyat aviasiya alayına məxsus Tu-134 təyyarəsi yanıb”, – məlumatda qeyd olunub.
Təyyarənin hansı səbəbdən yandığı barədə məlumat verilməyib.
Qeyd edək ki, bu tip təyyarələr Rusiya Müdafiə Nazirliyinin rəhbər heyətinin daşınması üçün istifadə olunur.