Rusiyada aerodroma hücum: 1300 nəfər təxliyə edildi

Rusiyada aerodroma hücum: 1300 nəfər təxliyə edildi

Bu gün gecə Rusiyanın Adıgey Respublikasındakı hərbi aerodromu hücuma məruz qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Maykop şəhəri yaxınlığındakı Xanskaya aerodromuna PUA hücumu edilib.

Hərbi aerodromun yaxınlığındakı Rodnikovıy qəsəbəsinin 1300 sakini təxliyə olunub.

Qeyd edək ki, həmin aerodromda Rusiyanın 272-ci təlim aviasiya bazası yerləşir.

Teqlər: