Rusiyada Tiliçiki aerodromu su altında qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, söhbət Kamçatkada Korfu körfəzi yaxınlığında yerləşən strateji obyektdən gedir:
“Noyabrın 27-də səhər saatlarında Berinq dənizi sahillərini aşıb, bunun nəticəsində Olyutorski rayonunun inzibati mərkəzi ilə birlikdə uçuş-enmə zolağı su altında qalıb. Uçuşlar müvəqqəti olaraq dayandırılıb. Petropavlovsk-Kamçatskiyə gedən sərnişinlərin Mi-8 helikopterləri ilə daşınması planlaşdırılır”.