Rusiya Vladivostokda amerikalı hərbçinin qanun pozuntusu ittihamı ilə saxlanılması barədə ABŞ-ı məlumatlandırıb.
AzerTimes xəbər verir ki, bunu Pentaqon sözçüsü Sintia Smit bildirib.
O bildirib ki, Dövlət Departamenti hazırda ona konsulluq dəstəyi göstərir. Lakin Pentaqon sözçüsü məsələnin incəliyini əsas gətirərək heç bir əlavə məlumat verməyib.
Qeyd edək ki, mayın 2-də Vladivostokda bir amerikalı əsgər cinayət törətməkdə ittiham edilərək saxlanılıb. Cənubi Koreyadan öz təşəbbüsü ilə gələn hərbçi oğurluq etməkdə günahlandırılır.