Rusiyada ABŞ casusu saxlanıldı

Rusiyada ABŞ casusu saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti ABŞ-ın Vladivostokdakı baş konsulluğunun keçmiş əməkdaşı, Rusiya vətəndaşı Robert Şonovu saxlayıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda onun ötən ilin payızından səfirliyin təlimatı ilə səfərbərliklə bağlı məlumat topladığı bildirilib.

Şonovun həm də ABŞ üçün Rusiya regionlarındakı problemlərin 2024-cü il prezident seçkiləri ərəfəsində təşkil olunacaq etiraz aksiyalarına mümkün təsirləri haqqında informasiya da topladığı qeyd olunub.

Teqlər: