Rusiyada 81 xarici KİV-ə qadağa qoyuldu

Rusiyada 81 xarici KİV-ə qadağa qoyuldu

Rusiya keçən il cavab tədbiri kimi ilk dəfə olaraq xarici mediaya qadağa qoyub.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Baş prokuroru İqor Krasnov Federasiya Şurasında illik hesabatında çıxış edərkən deyib.

“Rusiya KİV-lərinin xaricdə fəaliyyətinin məhdudlaşdırılmasına cavab tədbiri olaraq ilk dəfə 81 xarici nəşrin ölkəmizin ərazisində fəaliyyətinin qadağan edilməsi barədə qərar qəbul edilib”, – o bildirib.

Krasnov qeyd edib ki, Baş Prokurorluq 71 xarici və beynəlxalq təşkilatın fəaliyyətini arzuolunmaz elan edib:

“3 terror təşkilatı və onların 172 bölməsinin fəaliyyəti qadağan olunub”.

Teqlər: