Kamçatkada 7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
İlkin məlumata görə, zəlzələ altı bal gücündə hiss olunub.
TASS-ın bölgədəki müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar səbəbindən bölgə sakinləri evlərini tərk ediblər. Evlərdə mebellər aşıb, qab-qacaq qırılıb.
Zəlzələ Kamçatka vaxtı ilə saat 07:21-də (Bakı vaxtı ilə 22:21) qeydə alınıb.