Rusiyada may ayının ilk 6 günü ərzində baş verən yol qəzaları
nəticəsində 10-u uşaq olmaqla 211 nəfər həlak olub.
Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın
səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında
deyib.
“Uzun tətillər dövründə, təəssüf ki, zərərçəkənlərin də olduğu
yol qəzalarının sayının artdığını müşahidə edirik. May ayının ilk
altı günü ərzində respublikanın avtomobil yollarında baş vermiş
yol-nəqliyyat hadisələri nəticəsində 10-u uşaq olmaqla 211 nəfər
ölüb. Yol-nəqliyyat xəsarətləri çox vaxt sağlamlığa ciddi zərərlərə
və əlilliyə səbəb olur. Mayın 1-dən mayın 6-dək yol qəzalarında 2
144 nəfər xəsarət alıb ki, onlardan 309-u uşaqdır”, – deyə nazir
bildirib.