Rusiyada 500-dən çox saxta COVİD pasportu verən tibb işçiləri saxlanılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Ulyanovsk vilayətində COVID-19 vaksini barədə saxta sertifikatlar hazırlayan iki tibb işçisi və bir nəfər vasitəçi saxlanılıb.

Trend-in məlumatına görə, yerli polis onların 500-dən çox saxta COVİD pasportu təqdim etdiyini müəyyənləşdirib.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər saxta peyvəndləmə barədə məlumatları məlumat bazasına daxil edib və vaksinlənməni təsdiq edən QR-kodlar alıb. İstifadə olunmayan dozalar isə ləğv edilib.


Faktla bağlı saxlanan üç nəfər sorğu-sual olunub və onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunur.