Hazırda Rusiya işçi qüvvəsi çatışmazlığı yaşayır. Ölkə iqtisadiyyatında çatışmayan işçilərin sayı təxminən 4,8 milyon nəfərdir.
AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, belə nəticə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Nikolay Axapkinin Rosstatın məlumatlarına əsasən hazırladığı araşdırmada əksini tapıb.
“2022-2023-cü illərdə işçi çatışmazlığının kəskin artmasını qeyd etməmək mümkün deyil. Bu, hətta əmək təklifinin sabit qaldığı şəraitdə də özünü büruzə verdi. Rosstatın təqdim etdiyi məlumatları bütün məşğul əhaliyə şamil etsək, onda 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olacaq”, – deyə araşdırmada bildirilib.