Rusiya Federasiyasının Başqırdıstan Respublikasında magistral yolda 30-dan çox avtomobilin iştirakı ilə qəza baş verib, onlardan ən azı dördü yük maşınıdır.
Trend xəbər verir ki, yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb, daha bir nəfər ölüb.
Məlumata görə, qəza Karmaskalinski rayonunun Aleksandrovka kəndi yaxınlığında, Ufa-Orenburq yolunun 49-cu kilometrliyində baş verib. İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndirirlər.