Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində yük qatarının 27 vaqonu yoldan çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” məlumat yayıb.
Bildirilib ki, hazırda bərpa qatarları hadisə yerinə gedir, 2 saylı Moskva – Vladivostok və 329 saylı Çita – Blaqoveşensk qatarları hərəkəti dayandırılıb.
“2024-cü il yanvarın 9-da saat 19:17-də (Moskva vaxtı ilə) Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində 27 yük qatarı vaqonu relsdən çıxıb. Digər relsin qabariti pozulub. Xəsarət alan olmayıb, ətraf mühit üçün təhlükə yoxdur”, – deyə bildirilib.