Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Mediazona” nəşri yazıb.
Nəşr qeyd edir ki, məhbusların sayının azalması “Vaqner” özəl hərbi şirkətinə döyüşçülərin cəlb edilməsinə görədir.
Bildirilib ki, avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 326 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.