Rusiyada keçirilən prezident seçkisində 2 milyona yaxın seçici vaxtından əvvəl səs verib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.
Qeyd edək ki, Rusiyada prezident seçkisi 2024-cü il martın 17-nə təyin edilib. Ölkədə səsvermə 3 gün – 15-17 mart tarixlərində olacaq. Artıq ölkədən kənarda səsvermə başlayıb.