Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü

Rusiyanın Yekaterinburq şəhərində 18 nəfər metanol zəhərlənməsindən ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsindən bildirilib.


Komitənin bölgə üzrə mətbuat xidmətindən verilən məlumata görə, müstəntiqlər hadisə ilə bağlı cinayət işi açıblar.