Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, – Mirzoyan deyib.
O, konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib.