Rusiya Ukrayna hərbçilərinə qarşı qadağan olunmuş K-51 xlorpikrin qumbaralarından istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Terrorçu dövlət K-51 aerozol qumbaralarından istifadə edir. Xlorpikrin qumbaraları dronlar vasitəsilə döyüşçülərimizin olduğu mövqelərə atılır”, – məlumatda qeyd olunub.