Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətini yenidən atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.
Atəş nəticəsində 7 nəfər həlak olub, eyni sayda insan yaralanıb.
Qeyd olunub ki, artıq müvafiq qurumlar hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparır.