Rusiya Zaporojye atom elektrik stansiyasının ətrafındakı zonanı demilitarizasiya etmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“MAQATE missiyası Ukrayna tərəfdən Zaporojye atom elektrik stansiyasına gələcək. Ona görə də onların təhlükəsizliyini Ukrayna təmin edəcək”, – Peskov bildirib.