Yunanıstanda yaşayan ruslar təcavüz və ayrı-seçkilikdən əziyyət çəkirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in Dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson deyib.
O bildirib ki, Yunanıstan Rusiya vətəndaşları üçün təhlükəli yerə çevrilib:
“Yunanıstan rəsmilərinin davam edən antirusiya ritorikası və Ukraynada baş verən hadisələrlə bağlı yerli mediada dezinformasiyaların yayılması, Rusiyanın məlumat mənbələrinin bloklanması kontekstində ruslara qarşı ayrı-seçkilik və hətta birbaşa təcavüz barədə xəbərlər gəlməkdə davam edir”, – Pilipson bildirib.