Rusiya yeni PUA-sını Ukraynada sınaqdan keçirdi

Rusiya yeni PUA-sını Ukraynada sınaqdan keçirdi

Ruslar Ukraynanın radioelektron mübarizə vasitələrindən yan keçə bilən yeni dronlarını cəbhədə sınaqdan keçiriblər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbçi, PUA mütəxəssisi Sergey Beskrestnov deyib.

Onun sözlərinə görə, sınaq ilk dəfə Xerson istiqamətində həyata keçirilib.

“Ruslar əvvəlcə Dnepr çayında Ukrayna hərbçilərinin olduğu katerə adi dronlarla hücum edib, lakin katerdə radioelektron mübarizə vasitələri olub. Daha sonra sistemi keçə bilən yeni növ drondan istifadə olunub”, – Beskrestnov bildirib.

Teqlər: