Rusiya qoşunları Donetsk vilayətində hücumlarının sürətini artırır, Xarkov vilayətinin şimalında isə intensivliyi azaldır. Bu, yay hücumuna başladığını göstərir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Xarkov vilayətinə hücumu Ukrayna ordusunun fikrini cəbhənin digər istiqamətlərindən yayındırmaq məqsədi daşıyır.
“Xüsusilə, ruslar iyunun 18-nə keçən gecə Toretsk-Qorlovka istiqamətində hücumların intensivliyini artırıb və iyunun 19-dan 22-nə keçən gecə bu ərazidə hücumların nisbətən yüksək intensivliyini saxlayıblar. Onlar hətta bu sektorda bir neçə taktiki qələbə də qazanıb”, – məlumatda qeyd olunub.