Rusiya ordusu nüvə təlimlərinə başlamaqla Qərbə siqnal göndərir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Meyl” qəzeti məlumat yayıb.
“Təlimlər Rusiya ilə NATO ölkələri arasında dərin ziddiyyətlər fonunda keçirilir. Münasibətlər 1962-ci ildə Kuba raket böhranından sonra ən aşağı nöqtəyə çatıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya “Yars” mobil yerüstü raket komplekslərindən istifadə etməklə təlimlər keçirir.