Rusiya səfərbər olunanları Belarusa köçürməyə başlaya və Ukraynaya yenidən daxil olmaq üçün orada hücum qruplaşması yaratmağa cəhd edə bilər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Rusiya ilin sonuna qədər 500 min nəfəri səfərbərliyə çağırmaq ümidi ilə Belarusda bir qrup əsgər yerləşdirmək istəyir. Yeganə sual, yarım milyonluq heyəti necə silahlandıracaqlarıdır, çünki Belarusda hətta uzunmüddətli saxlama avadanlığının belə bir qruplaşma üçün kifayət edəcəyi ehtimalı yoxdur. Lukaşenka isə heç bir şəraitdə hərbi hissələrin texnikasından imtina etməyəcək, bu onun təhlükəsizliyidir”, – ekspert söyləyib.