Rusiya yanacaq böhranını həll edə bilmir

Rusiya yanacaq böhranını həll edə bilmir

Rusiya hakimiyyəti ölkədə yanacaq çatışmazlığı ilə bağlı ciddi problemlər fonunda neft məhsullarının ixracını məhdudlaşdırıb. Bu, ölkənin federal büdcəsinə təsir etsə də, yanacağın daxili bazarda qalmasına kömək etməli idi. Lakin bu üsul nəticə vermədi.

AzerTimes xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin deyib.

“Məlum oldu ki, neft şirkətləri bütün bunları nədənsə tez başa düşdülər və qaçaqmalçılıq kimi üsula əl atmağa başladılar. Boz sxemlər – müəyyən həcmlər götürülür, ixraca icazə verilən ölkələrə, Qazaxıstana, Ermənistana, Qırğızıstana ixrac edilir. Və yenidən satış gedir, hardasa qiymətlər qalxır. Yenə də Rusiyada yanacaq çatışmır. Yəni böhran belə inkişaf edib. Tam əminlik var ki, hökumətin bütün tədbirləri kömək etməyəcək”, – ekspert vurğulayıb.

Ekspert daxili yanacaq bazarının uzunmüddətli balanslaşdırılması üçün hökumətin Vladimir Putinə təklif etdiyi yeni tədbirlərin də Rusiyaya kömək etməyəcəyini bildirib.

Teqlər: