Rusiya ordusunun Xarkova böyük hücumu üçün kifayət qədər resursu yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib.
O bildirib ki, son aviasiya bombardmanı da mülki əhaliyə qarşı terror həyata keçirmək cəhdidir:
“Məqsəd Xarkovu işıqsız, susuz qoymaq və infrastrukturu tamam dağıtmaqdır”.
Amerika Müharibənin Tədqiqi İnstitutunun təhlilinə görə isə ruslar proqnozlaşdırılan böyük hücumu yalnız bir əməliyyat istiqamətdə – Donetsk vilayətinin qərbində həyata keçirə bilər.