Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin dayandırılmasında əsas amil ola bilər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“NATO-nun Ukraynaya ehtiyacı var, Avropada əvvəlki təhlükəsizlik sistemi isə işləmir. Biz hamımız bunu fevralın 24-də gördük. Avropanın qorunan dünyaya ehtiyacı var. Ukraynasız isə bunu etmək mümkün deyil”, – o bildirib.