Ukrayna ordusunun raket zərbəsi nəticəsində Sevastopol yaxınlığında Rusiya xüsusi təyinatlılarının bazası məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahına yaxın olan “Snuffbox” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hücum oktyabrın 24-ü axşam saatlarında baş verib. Baza iki raket və bir PUA ilə hücuma məruz qalıb.
Hücum nəticəsində onlarla rusiyalı hərbçinin öldüyü bildirilib.