Rusiya Fərat çayının şərqindəki Tabka rayonundan rejimin nəzarətindəki Xüms vilayətinə hərbi texnika və sursat göndərməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumatda bildirilib.
Məlumata görə, 8 zirehli personal daşıyıcısı və 2 helikopter Xümsə gəlib.
Xatırladaq ki, “Təhrir əş-Şam” qruplaşması bir neçə gündür hücuma keçərək, Hələb və İdlib şəhərlərini və bir neçə hərbi bazanı, o cümlədən onlarla kənd və qəsəbəni ələ keçirib.