Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı mətnə düzəliş edib (FOTO)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir neçə gün əvvəl rəsmi
sosial şəbəkə hesabında yerləşdirdiyi 1828-ci il tarixli “Türkmənçay” müqaviləsinin təhrif olunmuş mətnində düzəliş
edib.

Trend bu barədə
nazirliyin “Facebook” səhifəsinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi bununla
bağlı bəyanat yaymışdı.

Bəyanatda deyilir: “Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında
bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə
bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf
doğurur. Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə
“Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt
Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.
Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya
XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata
müvafiq düzəlişin ediləcəyini gözləyirik”.

Teqlər: